Xalqımızın məcburən cəlb olunduğu Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hər birimizin nisgilinə və qəzəbinə əsəbəb olmuşdur. Nisgilimiz kənd və şəhərlərimizin düşmən tərəfindən işğal edilməsi nəticəsində yaranmışdır. Qəzəbimiz isə özgə torpağında gözümüz olmadığı, qonşuya mərhəmət göstərdiyimiz halda, ondan zərbə aldığımız üçün meydana gəldi. İgid oğul və qızlarımız birinci Qarabağ savaşı dövründə də göz qırpmadan düşmənə qarşı mübarizə apardı. Lakin müstəqilliyə yenicə qədəm qoymuş respublikamızın modern silahlarla silahlnmış erməni və rus hərbi birləşmələrinə qarşı savaşması çətinliklər yaratdı. Ermənilərin Fransadan, Livandan gətirdiyi neçə muzdlunun cəsədləi döyüş meydanlarında qalmışdı. Elə bu qüvvələr hesabına torpaqlarımız işğal edildi. Xalqımızın yetişən nəsli bu nisgilli yaraları heç cür qəbul edə bilmirdi. Odur ki, 90-cı illərdə ana qucağında gələn, yurd – yuvasını məcburən tərk edən oğullarımız tankla,topla düşmən üzərinə yeridildi. 1988-1993-cü illər ərəfəsində işğsal edilən torpaqlarımız 44 gün ərzində mənfur düşmənlərin murdar tapdağından azad olundu. Yağılar işğal etdikləri ərazilərimizi yerlə yeksan etmiş və keçilməz sədlər yaratmışlar. Bu sədləri darmadağın edən igidlərimiz adlarını dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Hərbi məsləhətçilərin bu sədləri yarmaq üçün aylar lazım olduğunu dediyi halda Azərbaycan əsgəri bunu bir neçə günə həll etdi. Şuşanın dolanbac yollarını getməyi, sıldırım qayalarına baxmağı vahimə ilə qarşılayan insanlar igidlərimizin şücaətinə heyran qaldı. Düşmənin gözləmədiyi sıldırım qayalarla silah-sursat yükü ilə bərabər Şuşaya qalxan, yaralını, şəhidi özü ilə daşıyan igidlərimiz dünya mediasını heyran qoymuşdu. Azərbaycan Silahlı Qüvvələri illərlə çiyinlərimizdə olan dərd, qeyrət yükünü yox etdi. Sağalmaz, qövr eyləyən yaralarımızı qələbə məlhəmi sağaltdı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, cənnətdəki məqamları uca olsun. Allah qazilərimizə can sağlığı, xöşbəxtlik versin. Xalqımızı bir amal uğrunda birləşdirən, silahlı qüvvələrimizi müasir tələblərə uyğun yetişdirən Ali Baş Komandan İlham Əliyevə eşq olsun! Xilaskar Azərbaycan Silahlı Qüvvələrinin sıravi əsgərindən tutmuş, generalı daxil olmaqla hər birinin şücaəti qarşısında baş əyirəm. Qarabağ Azərbaycandır! Xocalı, Xankəndi, Ağdərə Azərbaycandır!Azəddin Mehdiyev, Xocalı şəhər 1 saylı tam orta məktəbin hərbi rəhbəri